Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onlar uşaqlarını əşyalara dəyişirdi"

69 yaşlı Nana Assenso əmisi Kvame Badunun məzarı üstündə.

ropalılar "Qana"nın mərkəzindən qulları toplayaraq 200 kilometr aralıqda olan sahilə aparırdı. Bir çoxları üçün bu uzun yol "Aşanti" bölgəsindən başlayırdı. Qullar "Adidvan" kəndindən cənuba, qizil mədənləriylə zəngin "Obuasi" şəhərinindən keçərək gedirdilər.

Presteya şəhərinin mədənçiləri. Onların ataları İngilislərlə döyüşərək əsir düşüb.

Piyada yolun sonunda qullara onları satmazdan öncə son dəfə çayda yuyunmağa icazə verilirdi. "Assin Manso"da yerləşən bu yer sonradan xatirə muzeyinə çevrilib. Burada zəncirlənmiş qulların rəsmləri və altında "Bir də heç vaxt" yazıları var.

Qulların buradan başqa qitələrə yola çıxdiği Keyp Koste şəhərinin gəmilərilərində İngiltərə və Amerika bayraqları.

Yuyunduqdan sonra onlar qul tacirlərinin sahildə yerləşən zindanına göndərilirdi. Daha sonra gəmilərə yerləşdirilərək satış üçün aparılırdı. Qullar bir daha doğma torpaqlarına qayıda bilmirdi.

"Qana" qalasında qul qadınların sonradan tapılan paltarları.

Gəmidə kimliyindən, cinsindən və yaşından aslı olmayaraq, hər kəs üçün şərait acınacaqlı olurdu. Yerlərinin dar olduğundan qullar günlərlə hərəkətsiz qalaraq fiziki və psixoloji zorakılığa məruz qalırdı. Hər gəmiyə 300 qul yerləşdirilirdi. Hər 10 nəfərdən biri yolda dünyasını dəyişirdi. Qullar tacirlərin gözündə "mal, əşya" olduğu üçün onlar heç vaxt siyahıya alınmırdı.

Nana Assenso.

69 yaşlı Nana "Adidvan" kəndinin başçısıdır. Nanaya uşaqlıqda ulu babalarının tacirlər tərəfindən ələ keçirildiyini demişdilər.

Turistlər "Assin Manso" çayının kənarında.

"Assenso"nun bütün nümayəndələri tarixi əbədiləşdirmək üçün oğullarına Kvame Badu adını qoyur. Bu ənənəyə Assenso özü də sadiq qalıb. Onun kiçik oğlunun adı Kvame Badudur.

Əbdül Sumud Şaybu və babasının rəsmi.

Əbdül Sumud qulların qovulduğu Obuasi şəhərində yaşayır. O mobil telefonunda babasının rəsmini göstərərək bildirib ki, babası nəhəng və güclü olub. O həmçinin qohumlarının qul tacirləriylə mübarizə apardığını bildirib. -"Bəzən bu mübarizədə məğlub olan qohumlarım da qul tacirləri tərəfindən ələ keçirilirdi.

Presteya şəhərinin sakinləri.

30 yaşlı Seyvior Asante "Obuasi" şəhərində saç ustasıdır. Asantenin sözlərinə görə o yalnız "Keyp Koste" qalasını ziyarət etdikdən sonra qulların həyatı haqda düşünməyə başlayıb. O bu hekayələri eşidəndən hər gün ağladığını etiraf edib.

71 yaşlı Kvaki Agyi gənclərə qulların həyatından danışıb.

Kvaku Agyi "Obuasi" şəhərinin keşişi və başçısıdır. Kvaku tacirlərin onları çox güclü olduqları üçün qorxub ələ keçirdiyini vurğulayıb. "Qul tacirliyi nəticəsində biz bir daha ağ dərililərin qəddar olduğundan əmin olduq".

"Aşanti" bölgəsində oğlanın saçını qırxırlar.

Sadə insanlar qul tacirləriylə mübarizə apararkən, Afrikanın hökmdarları öz köməkçilərini lazımlı əşyalara (silah, geyim, içki və s.) dəyişirdi.

- "Bizim başçılar öz doğma uşaqlarını kibrit qutusu kimi əşyalara dəyişirdi".

"Aşanti" yonunun kənarında siyasi plakatlar.

Agyinin danışdığı hekayələr zamanı onun atalarıyla nə qədər qürur duyduğu hiss olunurdu: "Mən əminliklə deyə bilərəm ki, Amerikanı yenidən quran bizim atalarımız olub".

"Presteya" şəhərinin mənzərəsi.

Hazırda, Qanaya gələnlər sırasında Amerikalılar da var. Onlardan biri də 75 yaşlı Recis Tomsondur. O, digər qadınlarla birlikdə "Assin Manso Kilsəsi"ndə dua ətdi.

Artıq Tomsonun yeni məqsədləri var. Evə qayıdanda o, uşaqlarına və nəvələrinə insanların keçmişdə yaşadığı dəhşətli hadisələri danışacaq. (Lenta, Reuters)

Adelya

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »