Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu Zelenski ilə görüşə gedir

İsrailin Baş naziri Binyamin Netanyahu Ukraynaya rəsmi səfər edəcək.

Virtualaz.org bildirir ki, bu barədə İsrail hökumətinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, Netanyahu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və İkinci Dünya müharibəsi zamanı almanların öldürdüyü yəhudilərin xatirəsini yad edəcək.

“18-20 avqust tarixlərində Binyamin Netanyahu Ukrayna Prezidenti ilə görüşmək üçün Kiyevə gedəcək. Daha sonra o, Babiy Yarda keçirilən mərasimdə də iştirak edəcək”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 1941-ci ilin sentyabrında almanlar Kiyev yaxınlığındakı Babiy Yar adlı yerdə yəhudi, qaraçı və sovet əsirləri də daxil olmaqla 100 minə yaxın insanı güllələyiblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »