Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin şimal-qərbində yerləşən yaşayış məntəqələrini bombalayıb.
Axar.az xəbər verir ki, bu barədə husilərə məxsus “Əl Məsirə” telekanalı məlumat yayıb.
“Bombardman nəticəsində 8 nəfər həlak olub. Onların arasında qadın və uşaqlar da var. 11 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub.