Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
19 yaralı ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda "Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomobil toqquşub.

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən ilkin məlumata görə, 19 yaralı var.

10 nəfər Şirvan, digər 9-u isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, iki kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstituna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibii Mərkəzə keçirilməsi qərara alınıb.

Şirvan MRX-da olan qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »