Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb, 19 nəfər yaralanıb

Hacıqabul rayonunda baş vermiş qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

Bunlar Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğludur.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

"10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər Kürdəmir MRX-ya aparılıb. Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-ya 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir", - deyə məlumatda qeyd olunub.

Mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

Fakt araşdırılır.

***06:49

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomaşın toqquşub. Nəticədə 10 nəfərə yaxın adam xəsarət alıb. Yaralılar "təcili yardım" maşınlarının köməkliyi ilə Hacıqabul və Şirvan RMX-larına çatdırıblar.

Fakt araşdırılır. (Report.az)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »