Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nardaranda dənizdə batan 4 uşağın şəxsiyyəti müəyyənləşib

Fövqəladə Hallar Nazirliyi Nardaran qəsəbəsi ərazisində çimərlikdə batmış şəxslərlə bağlı məlumat yayıb.

APA xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

Bildirilir ki, M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »