Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mitinqdən sonra qadın jurnalisti hərbi komissarlığa çağırdılar

“Azadlıq” radiosunun rus xidməti xəbər verir ki, Moskvada iyulun 27-də keçirilmiş etiraz aksiyasından əvvəl saxlanmış Reuters agentliyinin qadın müxbiri Maria Tsvetkovaya hərbi komissarlığa çağırış gəlib.

Bu barədə jurnalist özünün Facebook səhifəsində xəbər verib

Tsvetkova hərbi mükəlləfiyyətli olub-olmadığı barədə heç nə yazmır, amma onun adına gələn çağırışdakı ad kişi cinsindədir.

Çağırışda yazılıb ki, “Tsvetkova Mariya Vladimiroviç hərbi qeydiyyat sənədlərinin yoxlanması üçün oktyabrın 1-də hərbi komissarlığa gəlməlidir”.

Bu çağırış barədə Tsvetkovaya məlumat verən rəsmi şəxs izah edib ki, iyulun 27-də və avqustun 3-də Moskvada keçirilmiş mitinqlərin dağıdılmasından sonra saxlananların bütün dövlət məlumat bazaları üzrə yoxlanışı keçirilib.

Bu yoxlanışın nəticəsi olaraq mitinq iştirakçılarına çağırışlar göndərilir. Əsas məqsəd bu adamları gələcək mitinqlərdən çəkindirməkdir. Qadın jurnalist deyib ki, hələlik hərbi komissarlığa gedib-getməyəcəyi barərə qərar qəbul etməyib. Oktyabrın 1-də Rusiyada Silahlı Qüvvələrə çağırışın ilk günüdür.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »