Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salyanda qəza: 3 nəfər xəsarət aldı

Bu gün günorta saatlarında Ələt-Astara yolunun Salyan rayonunun Noxudlu kəndindən keçən 57-ci km.-də, yol ötürücüsünün üzərində 3 nəfər Yardımlı rayon sakininin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun hadisə yerindən verdiyi məlumata görə, Yardımlı rayon sakininin idarə etdiyi 65 BD 162 dövlət nömrə nişanlı “VAZ-2106” minik maşınının hərəkətdə olarkən eyni istiqamətdə olan 50 DJ 573 dövlət nömrə nişanlı “BMW” markalı minik maşınına çırpılması nəticəsində “06”-da olan biri uşaq, ikisi isə qadın olmaqla 3 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda qəzada xəsarət alanların və sürücülərin şəxsiyyətləri dəqiqləşdirilir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »