Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Trampa görüşməyi təklif edib

ABŞ prezidenti Donald Tramp Şimali Koreya dövlət başçısı Kim Çen Indan görüşmək təklifi alıb.

Bu barədə “Twitter”də yazan D.Tramp Şimali Koreya liderindən aldığı məktubda ABŞ ilə Cənubi Koreya birgə hərbi təlimləri başa çatandan sonra görüşmək təklifinin irəli sürüldüyünü bildirib.

Yaxın günlərdə görüşməyə hazır olduğunu qeyd edən ABŞ prezidenti həmçinin Kim Çen In tərəfindən bu yaxınlarda qısa mənzilli ballistik raket buraxdıqları ilə bağlı “yüngülvari üzrxahlıq” ifadə olunduğunu da diqqətə çatdırıb.

“Mənə göndərdiyi məktubda Kim Çen In ABŞ ilə Cənubi Koreyanın birgə təlimləri başa çatan kimi görüşərək danışıqlara başlamaq arzusunda olduğunu çox nəzakətli tərzdə çatdırıb” – deyə D.Trampın paylaşımında qeyd olunur.(Report)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »