Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türbəni söküb mehmanxana tikdilər: Yer altında qalan abidə - Video

Bərdədə XIV əsrdə tikilmiş Axsadan baba türbəsinin yalnız yeraltı hissəsi qalıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, əvvəlki hündürlüyü 16 metr olan türbənin çay daşlarından hörülmüş alt hissəsi tarixi abidə kimi qorunur.

XX əsrin əvvəlində bolşevik-daşnak istilası dövründə rayon İcraiyyə Komitəsinin sədri Xaçımov və milliyyətcə erməni memarın göstərişi ilə türbə tamamilə sökülüb. Söküntüdən çıxan kərpiclərdən və qəbiristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək, Bərdədə indiki köhnə mehmanxana deyilən binanı tikiblər.

Məlumata görə, Axsadan baba türbəsinin şəkli XX əsrin əvvəlində rus rəssamı tərəfindən çəkilib və indi Milli Azərbaycan Tarix Muzeyindədir.

Türbənin yerindənqurmaya ehtiyac var.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »