Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Zelenskinin kim olduğunu unutdu

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin kim olduğunu xatırlaya bilməyib.

"Bizimyol.info" xarici KİV'ə istinadən xəbər verir ki, jurnalistlərdən biri Trampdan Zelenskini "Ağ Ev"ə nə vaxt dəvət edəcəyini soruşub. Tramp isə ona "Siz kimdən danışırsınız?" sualını verib.

Jurnalist Trampa Zelenskinin kim olduğunu açıqlayandan sonra Tramp onu tezliklə dəvət edəcəyini bildirib.

Qeyd edək ki, daha öncə Tramp Ukrayna başçısının zəki biri olduğunu vurğulayaraq deyib: "Ümid edirəm ki, Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apararaq Ukraynanın şərqindəki vəziyyəti həll edə biləcək".

Adelya

Son xəbərlər
Bütün xəbərlər »