Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis küçə ticarətinə qarşı reyd keçirib

Bakıda polis küçə ticarəti və antisanitariyaya qarşı reydlər keçirib.

Yasamal rayonu ərazisində “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

Polisin ərazidə aparıdığı təmizliklə bağlı məlumat verən paytaxt sakinləri görülən işlərdən razılıqlarını ifadə ediblər. Sakinlər ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin profikatik tədbirlərini alqışlayıblar.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməldir, satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »