Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ilə Türkiyə döyüş dronları istehsal edəcəklər

Ukrayna ilə Türkiyə arasında yüksək sərrast silahlar və hava-kosmik texnologiyalarda ixtisaslanan birgə müəssisə yaradılıb.

Bu barədə məlumat Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) saytında yerləşdirilib.

Məlumata görə, “Ukroboronprom” dövlət hərbi sənaye təşkilatının tərkibindəki hərbi məhsulların ixracatı ilə məşğul olan “Ukrspecexport” dövlət təşkilatı ilə Türkiyənin “Baykar Defence” şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni müəssisənin başlıca vəzifəsi hər iki ölkənin hərbi sənaye imkanlarını müasir silahların istehsalı üçün birləşdirməkdir.

İlk layihələrdən biri yeni nəsil pilotsuz uçuş vasitələr hazırlamaqdır. Həmin dronlar uzun müddət havada qalaraq yüksək hündürlükdən təfərrüatlı kəşfiyyat aparmaq, böyük miqdarda silah daşımaqla yüksək sürətlə uçaraq sərrast silahların geniş çeşidindən düşmən mövqelərinə zərbə endirməyə qadir olacaq. Həmin vasitələr ən müasir material və texnologiyalar əsasında istehsal olunaraq Ukrayna istehsallı mühərriklərlə təchiz olunacaq.

Yeni birgə müəssisənin iki ölkənin müdafiə gücünü artıracağı bildirilir.

Xatırladaq ki, avqustun 7-8-də Ukrayna prezidenti Volodımır Zelenskinin Türkiyəyə səfəri həyata keçirilib.(report)

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »