Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrikada dəhşətli hadisə: 50-dən çox insan yanaraq öldü

Afrikanın Tanzaniya Respublikasında benzin daşıyan avtomobilin partlaması nəticəsində onlarla insan ölüb.

Bununla bağlı “Reuters” yerli “TBC Taifa” radistansiyasına istinadən xəbər verir.

Hadisə Moroqoro şəhərinin yaxınlığında qeydə alınıb. İnsanlar qəzaya uğrayan benzin daşıyan avtomobildən axan yanacağı yığmaq üçün həmin əraziyə gedib və anidən partlayış baş verib.

İnsident nəticəsində 57 nəfər ölüb, 65 nəfər yaralanıb. Yanğın güclü olduğundan insanları xilas etmək mümkün olmayıb.

https://twitter.com/i/status/1160104307305455617

Son xəbərlər
Bütün xəbərlər »