Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars”a alternativ axtarır

İşğalçı siyasəti nəticəsində blokada ilə üzləşmiş Ermənistan hava şəraiti üzündən tez-tez bağlanan və nəqliyyatın olduqca sıx olduğu Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-keçid məntəqəsinə alternativ axtarır. Erməni nəqliyyatçıları bunun üçün çıxış yolunun İran limanları olduğunu düşünürlər. Lakin onların bir hissəsi bu alternativ marşrutun bahalı olduğu qənaətindədir.

“Sputnik Armenia” agentliyinə müsahibə verən erməni ekspert Eqişe Ovannisyan İran marşrutunun daha uyğun olduğunu deyib. Lakin Yerevan-İran Culfası-Ənzəli-Həştərxan-Türkmənistan-Qazaxıstan və ya Rusiyanın Orenburq, yaxud Omsk şəhərləri marşrutlarının sərfəli olmadığını erməni nəqliyyatçılar da yaxşı başa düşürlər. Eyni zamanda, ermənilər bu marşrutlardan yalnız “Şimal-Cənub” avtomobil magistralının istifadəyə verilməsindən sora istifadə edə bilərlər.

Erməni ekspertlər etiraf edirlər ki, İran Culfasından Rusiyaya yükdaşıması iqtisadi cəhətdən sərfəli deyil. “Yuxarı Lars”ın bağlı olduğu qış aylarında Ermənistandan Həştərxana Ənzəli limanı vasitəsilə yükdaşıma əməliyyatları həyata keçirilib. Amma Gürcüstan marşrutu ilə müqayisədə erməni iş adamları xeyli əlavə xərc çəkməli olublar. Onlar hesab edirlər ki, həm vaxt, həm də maliyyə vəsaiti sarıdan Poti limanı daha əlverişlidir.

Şərqşünas Vardan Voskanyan isə Türkiyə-Azərbaycan tandeminə qarşı müqavimət göstərmək” üçün problemin təkcə iqtisadi tərəflərini deyil, habelə siyasi nüansları da nəzərə almağı təklif edir.

İşğalçı siyasətə son qoymaq yerinə sərfəli nəqliyyat dəhlizi axtarışında olan ermənilərin nəzərdən keçirdikləri daha bir marşrut - Nar-Qori magistral yolu isə Cənubi Osetiya ərazisindən keçir. Bu fakt özü kimi separatçı rejimin ərazisinə daxil olan ermənilərin gürcülərlə münasibətini gərginləşdirə bilər.(AzərTAc)

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »