Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin nəzarətində olan "Aprel" telekanalına həbs qoyub.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.
Xatırladaq ki, "Aprel" telekanalının efir yayımı, bir neçə başqa kanalla birlikdə, 7 avqustda-keçmiş dövlət başçısının tutulması üzrə xüsusi əməliyyatın birinci günündə bloklanmışdı. Qeyd edək ki, həmin əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i isə A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.