Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ müharibəsi iştirakçıları Astarada tədbir keçirib

Astara rayonu Mərkəzi Kitabxanada “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması” mövzusunda tədbir keçirilib.

Bizimyolşinfo xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbirdə layihə rəhbəri Məmmədhəsən Həsənov həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd yeni iqtisadi şərtlər daxilində şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları daxil olmaqla aztəminatlı ailələr üçün orta və uzunmüddətli dövrdə effektiv sosial müdafiə mexanizminin formalaşdırılması, sosial yardım modelindən sosial reabilitasiya (özününməşğulluq) modelinə keçidin asanlaşdırılması, iqtisadi asılılığın azaldılması və inklüziv əmək bazarının formalaşdırılmasına yardım göstərilməsi, həmçinin “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsidir.

Daha sonra layihənin ekperti Rəşad Həsənov söz açaraq tədbir iştirakçılarına apardığı araşdırmalar və layihə barədə geniş məlumat verdi.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Mərkəzinin Astara rayon şöbəsinin rəhbəri Ramil Şiriyev özünüməşğulluq proqramı haqda məlumat verərək bildirdi ki, rayonda ümumilikdə cari ilin ötən dövründə özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan bir çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, şəhid ailələrinin üzvlərinə, sosial cəhətdən digər həssas qruplara üstünlük verilib. Təlim kursunu bitirərək qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin mal və materiallarla təmin olunması həyata keçirilib. Özünüməşğulluq proqramından yararlanmaq üçün yenidən qeydiyyat aparılıb və yaxın zamanda təlimlərə başlanılacaqdır.

Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər. Sonda Layihənin rəhbəri Məmmədhəsən Həsənov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »