Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Patruşevin Ermənistan səfərinin açıq və gizli tərəfləri

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev avqustun 12-də İrəvana gedəcək. Patruşev İrəvana formal olaraq erməni həmkarı Armen Qriqoryanın dəvət ilə gedir, çünki bir il əvvəl Ermənistanın Təhlüksəzilik Şurasının katibi özü Moskvaya səfər edib rusiyalı həmkarını İrəvana dəvət etmişdi".

Bizimyol.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Patruşevin İrəvana səfərini şərh edərkən deyib.

Buna baxmayaraq, Nikolay Patruşevin istənilən ölkəyə səfəri adi gəzinti sayılmır. Patruşev ölkəsində əsas vəzifələrdən birinin sahibi olmaqla yanaşı Kreml sahibi Vladimir Putinin dostudur və Rusiya prezidentinin xüsusi və açıq danışılmayan tapşırıqlarını həyata keçirir. Hazırda Moskvanı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətində iki istiqamət narahat edir. Birincisi, Paşinyan Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir, ikincisi, Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki “prezident seçkisində” öz adamını otuzdurmağa çalışır, Moskva bunu da istəmir. Patruşev böyük ehtimalla Ermənistan hakimiyyətinin diqqətinə bu iki məsələni çatdıracaq.

Paşinyan hər iki məsələdə israrlıdır. Köçəryanı həbsdən buraxsa “Qarabağ klanının” simasında qarşısındakı müxalifət güclənəcək. Dağlıq Qarabağda isə öz adamını ona görə otuzdurmağa çalışır ki, ona qarşı qiyam Xankədidən başlamasın. Ancaq Paşinyan bunları həyata keçirərkən Moskvanın maraqları ilə tərs düşür və bu tərsliyin Ermənistanın baş nazirinə necə baha başa gələ biləcəyini anlatmaq üçün Patruşev İrəvana gedir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »