Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İçkili vəziyyətdə əşyalarını unudan polisə şikayət etdi

Bakının Səbail rayonu M.Hüseynov küçəsində avqustun 3-də axşam saatlarında naməlum avtomobildən düşən iki şəxsin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Tariverdiyevi boğmağa cəhd göstərilməsi, sonra ölümlə hədləyib içərisində 1000 manat dəyərində geyim, mobil telefon və digər əşyalarının quldurluq yolu ilə talanması ilə bağlı polis müraciət daxil olub.

"Report"un məlumatına görə, 102 Zəng Mərkəzindən Səbail RPİ 9-cü Polis Bölməsinə daxil olan müraciət üzrə aparılan əməliyyat-axtarış tədbirləri ilə vətəndaşın talana məruz qalması məlumatı tam və hərtərəfli yoxlanılıb. Belə ki, vətəndaşın hərəkət marşurutu üzrə onun koordinatlarını çıxararaq və istifadə etdiyi taksini araşdırmaqla müəyyən edib ki, vətəndaş hər hansı talana məruz qalmayıb, izahatında göstərdiyi əşyalar taksidə unudulub.

Polis vətəndaşın unutduğu əşyaların sahibinə qaytarılmasını təmin etməklə, cinayət kimi qeydə alınan əməlin gercək mahiyyətini üzə çıxarıb. Məlum olub ki, vətəndaş həmin gün içkinin təsiri altında olduğu üçün unutqanlıq edib.

Bakı Şəhər Baş Polis idarəsinin Mətbuat xidməti məlumatı təsdiqləyib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »