Şənbə , 17 Avqust, 2019
Baş səhifə / İdman / Ueyn Runi qadağa ilə üzləşə bilər

Ueyn Runi qadağa ilə üzləşə bilər

24 Views

İngiltərə Futbol Assosiasiyası Ueyn Runiyə 32 nömrəli forma ilə çıxış etməyə qadağa qoya bilər.

Qurum “Derbi Kaunti”nin formasını geyəcək hücumçunun bu rəqəmi seçməsinin “32red” bukmeker kontoru ilə bağlı olduğunu ehtimal edir.

Bu isə mövcud qaydalara ziddir. Formadakı reklam 100 kvadrat santimetrdən böyük olmamalıdır. Araşdırmalar “32”nin reklamla bağlılığını təsdiqləsə, U.Runı başqa nömrə seçməli olacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın “Di Si Yunayted” komandasında çıxış edən 33 yaşlı hücumçu 2020-ci ilin yanvarından yeni klubuna qoşulacaq. Yarım+bir illik müqavilə imzalayan U.Runi həftədə 100 min funt sterlinq qazanacaq.(apa)