Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Reyqanın müvəffəqiyyətsizliyi təkrarlanacaq - Ekspertdən "Şimal axını-2" xəbərdarlığı
2019-01-17_102339

“Şimal axını-2” qaz kəmərinin tikintisinin qarşısını almaqla bağlı ABŞ-ın qətiyyətsiz cəhdləri 1980-ci illərin əvvəllərində ölkənin sabiq prezidenti Ronald Reyqanın oxşar cəhdlər üzrə müvəffəqiyyətsizliyini xatırladır.

Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi Oksford Energetika Tədqiqatları İnstitutunun böyük elmi işçisi Conatan Sternə istinadən yazıb.

Qeyd edilir ki, ABŞ Konqresinin Senatı qaz kəmərinin tikintisinə qarşı sanksiyalar haqqında qanun layihəsinə hələ səs verməyib, halbuki, kəmər artıq demək olar ki, hazırdır və plana görə bu il tikilib qurtarmalıdır. Agentlik xatırladıb ki, Reyqanın dövründə Birləşmiş Ştatlar sovet qazının Avropaya ixracını məhdudlaşdırmağa çalışırdı, ancaq bu hərəkətlər müvəffəqiyyətlə nəticələnmədi.

“Onda müqavimət effektsiz oldu və düşünürəm ki, bu gün oxşar nəticəni gözləmək olar”, - Stern deyib.

Qeyd edək ki, "Şimal axını-2” Finlandiya, İsveç və Danimarkanın ərazisi və ya xüsusi iqtisadi zonaları vasitəsilə Rusiyadan Almaniyaya qədər Baltik dənizinin dibi ilə keçməlidir. Layihənin icrasının ilin sonunda başa çatdırılması planlaşdırılır.

ABŞ hesab edir ki, “Şimal axını-2” Avropanın Rusiyadan enerji asılılığını daha da artıracaq. Vaşinqtonda hesab edirlər ki, Moskva enerji ehtiyatlarından siyasi və iqtisadi təzyiq aləti kimi istifadə edir.

Avropada Almaniya, Avstriya və Norveç layihəni dəstəkləyirlər.

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »