Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqqasə prezidentliyə namizəd olub - Foto

Tunisdə 21 yaşlı müğənni və rəqqasə Nərmin Sfar ölkəyə rəhbərlik etmək niyyətindədir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Tunisin “Ennahar” nəşri yazıb.

Sfar seçicilərin 35 mindən çoxunun imzasını toplayıb. Bu isə prezident seçkilərində iştirak üçün nəzərdə tutulan minimal saydan düz üç dəfə çoxdur. Rəqqasə, prezident seçiləcəyi təqdirdə, ölkədə çörəyin qiymətini aşağı salmaq və qadınların hicab taxmaq mütləqliyini ləğv etmək istədiyini qeyd edib.

“Mosaique FM” radiostansiyasının məlumatına görə, ölkədə prezident kürsüsü uğrunda, Nərmin Sfarla bərabər, daha 55 namizəd mübarizə aparacaq. Tunisin Baş Naziri Yusif Şahid də seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkilərinin keçirilməsi iyulun 25-də ölkə başçısı Beji Kaid əs-Sebsinin vəfat etməsi ilə əlaqəlidir. O, ölkəyə 2014-cü ildən rəhbərlik edirdi.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »