Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransızlar Rusiyadan Nikolayın borclarını tələb edir

Hələ də Rusiyadan 102 il əvvəlki borcları tələb edirlər. Çar Rusiyasının borcları ilə bağlı təşəbbüsü bu dəfə ortaya fransız deputat qoyub.

Bizimyol.info xəbər verir ki, Fransa millət vəkili Fransis Verkamer hökumətin Rusiyadan Nikolayın borclarını istəməsini tələb edir. Deputat bununla bağlı dövlət xidməti və büdcə naziri Jerald Darmanenə sorğu da göndərib.

Əslində, tərəflər 1997-ci ildə məsələni həll olmuş saymışdı. Onda Rusiya 400 milyon dollar ödəməyə razı olmuşdu.

Deputat bununla razılaşmır. Verkamer məbləği az sayır. Çünki Çar Rusiyasına investisiya qoymuş fransız səhm sahiblərinin nəvələrinin, nəticələrinin az qala 100 il gözləməsi, itirən tərəf olması nəzərə alınmalıdır.

1867-ci ildə Çar Rusiyasının dəmiryolu şirkəti dövlət səhmləri buraxmışdı. Onda fransızlar buna 15 milyard frank sərf etmişdi.

Fransızlardan bu işdən xeyir götürən olmuşdu. Bütün işləri isə 1918-ci ildə hər şeyin üstündən xəttə çəkən Vladimir Lenin korlamışdı.

Lenin borcları ödəməyə razı olduqlarını deyirdi. Bir şərtlə ki, Avropa dövlətləri, o cümlədən Fransa gənc SSRİ-nin müstəqilliyini tanısın. Fransızlar istəmirdi. Çünki ağ qvardiyaçıları dəstəkləyirdilər.

Fransa mətbuatının yazdığına görə, 400 min fransız Nikolay dövründən qalan borclara iddia edir. Rusiyanın 30 milyard avro ödəməsini istəyirlər.

Son xəbərlər
Bütün xəbərlər »