Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 14 yaşlı qız itkin düşüb

Sumqayıt şəhərində 14 yaşlı qız itkin düşüb.

“Report”un verdiyi məlumata görə, Sumqayıt şəhər, 1-ci mikrorayon, ev 8A/27, mənzil 28 ünvanında qeydiyyatda olan İsmayılova Gülbadam Nəsir qızı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 4-ü, təxminən, saat 15:00 radələrində 2005-ci il təvəlludlu qızı - İsmayılova Aysun Əli qızı yaşadığı evin həyətindəki marketdən çörək almaq adı evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

İsmayılova Aysunun əlamətləri: boyu, təxminən, 155 sm, gözlərinin rəngi qara, orta bədən quruluşlu, qarabəniz sifəti və qara rəngdə saçı var. Evdən çıxarkən əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və ayağında ağ rəngli ayaqqabı olub.

Məlumatı olanlardan (018 ) 64-4-41-15, 050-353-05-97 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »