Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrə müsahibə vaxtı 200 dəfə “eee” deyən adama vətəndaşlıq vermədi

İraqlı miqrantın İsveçrə vətəndaşlığı almaq arzusu ürəyində qalıb.

Müsahibə vaxtı 200 dəfə “eee” işlətməsi ona mane olub.

Bizimyol.info xəbər verir ki, İraq vətəndaşlığı almaq istəyən qadın 20 ildir bu Avropa ölkəsində yaşayır. O, həyat yoldaşı və iki uşağı ilə İnqenbole şəhərində məskunlaşıb. Cəmiyyətə inteqrasiya olunduqlarını da demək mümkündür. Çünki işləyirlər, ictimai işlərdə fəallıq göstərirlər.

İki il əvvəl İsveçrə ailəyə İsveçrə vətəndaşlıq vermək qərarına gəlib. Təbii ki, bunun üçün xüsusi prosedurlara ehtiyac var. Bunlardan ən vacibi müsahibədir. Qadın məhz bu mərhələdə büdrəyib. Müsahibə vaxtə 200 dəfə “eee” ifadəsini işlədib. Hökumət nümayəndələri bu qərara gəlib ki, qadın alman dilini yaxşı bilmir, vətəndaşlıq almağa hazır deyil. İraqlı miqrant İsveçrə federal məhkəməsinə üz tutub. Amma məqsədinə çata bilməyib.

Son xəbərlər
Bütün xəbərlər »