Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skandinaviya ölkəsində 0 faizlə ipoteka krediti verirlər

İpoteka krediti dünyanın çox ölkəsində evə qovuşmaq üçün ən yaxşı vasitələrdən sayılır. Amma faizlər insanlara əksər hallarda sərf etmir.

Bizimyol.info xəbər verir ki, Danimarkada 0 faizlə ipoteka krediti verməyə başlayıblar. “Nordea Bank Abp” belə addım atmaq qərarına gəlib. Bank pullarının geri qayıtması üçün 20 il gözləməyə hazırdır.

Aşağı faizlə kreditlərin verilməsi Danimarkada təsadüfi hadisə deyil. Məsələn, “Realkredit Danmark” 30 illik 0,5 faizə razıdır.

“Jyske Bank” hamını təəccübləndirməyə hazırlaşır. Yaxşı müştəriyə əlavə pul da ödənilə bilər.

Mütəxəssislərin fikrincə, bankların belə davranışı daşınmaz əmlak bazarında qiymətləri qaldıracaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »