Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londonda dünyanın ən bahalı boşanma işi başlayır

Məşhur rusiyalı milyarder Vladimir Potaninin keçmiş arvadı əmlak bölgüsü iddiası ilə London Ali Məhkəməsinə müraciət edib.

Virtualaz.org məlumat verir ki, milyarderin keçmiş həyat yoldaşı ona çatacaq əmlakın 6 milyarddan artıq olması qənaətindədir. Bundan öncə Rusiya məhkəmələrində iddia ilə çıxış etsə də, məhkəmə çəkişmələrini uduzan Natalya Potanin əmlak bölgüsü məsələsi ilə bağlı növbəti məhkəməsi Böyük Britaniyada baş tutacaq. Bu məhkəmə çəkişməsi Böyük Britaniyada ən bahalı boşanma məhkəməsi də hesab edilə bilər.

Nəşr yazır ki, Londonda yaşayan xanım Natalya Potanin keçmiş ərindən nə az, nə çox, düz 6,3 milyard dollar qoparmaq niyyətindədir. Rusiyanın ən zəngin biznesmenlərindən hesab edilən və altıncı yerdə qərarlaşan V.Potaninin sərvəti 18,1 milyardda qiymətləndirilir.

Milyarder hüquqi yardım üçün məşhurlar oliqarxların boşanma məhkəmələrindən tanınan vəkil Fiona Şakltona müraciət edib.

Natalya və Vladimir Potanin 1983-cü ildə ailə qurublar. Evlilikdən 30 il sonra rəsmi qaydada ayrılmağa qərar veriblər. 2013-cü ildə milyarder arvadından boşanmaq istədiyini deyib. Bu, Natalya üçün gözlənilməz olub. Sonradan məlum olub ki, ər-arvad arasındakı nikah faktiki olaraq 2007-ci ildən pozulub.

Qeyd edək ki, Potanin “İnterros Holdinq” və “Noris Nikel” şirkətlərinin sahibidir.

Son xəbərlər
Bütün xəbərlər »