Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal iqlim dəyişikliyi, ərzaq qıtlığı və geni dəyişməkdə olan insan nəsli

2018-ci ildə dünyada orta iqlim göstəricisi son 22 ildə ən yüksək göstərici olub və bundan sonrakı 4 ilin də isti olması gözlənilir. Ümumdünya Meteoroloji Təşkilatının heabatında belə deyilir.

“Kopernik” proqramı iqlim dəyişikliyi xidmətinin Avropa Birliyi üçün hazırladığı məruzəyə əsasən, ötən ay meteomüşahidələr tarixində bütün Avropada ən isti iyun kimi tarixə düşüb. İstilik göstəriciləri mövsümi normaları, ortalama, iki dərəcə aşıb

Dünyada 21 böyük şəhərdə yeraltı su ehtiyatı, demək olar, tükənib. Tədbir görülməsə, yüz minlərlə insan köç etməli olacaq. Dünyanın təbii resurslarının tükənişi ilə bağlı məlumatlar hər il dərc olunur. Hesabatlara əsasən, dünya əhalisi Yer kürəsinin il boyunca istehsal etməyə qabil olduğu təbii resursları bu il iyulun 29-da doğru işlədib qurtaracaq. Ümumdünya yabanı təbiət fondunun məlumatına görə, ölkəmiz bu il resursları bütünlükdə dünyadan 32 gün tez tükədib və 2020-ci ildən borc etməyə başlayıb. Bu isə nəzərdə tutur ki, resursları getdikcə daha sürətlə işlədirik.

Bu gün dünya yeni biohəyacan təbili çalır. Yer kürəsində bioloji resurslar tükənmək üzrədir. Bu gün bəzi ölkələrdə düzgün aparılmayan siyasət nəticəsində Yerin resursları insanları təmin edə bilmir. Bunun nəticəsində də insanlar gələcək nəsillərin payından istifadə etmiş və yemiş olurlar.

Qlobal istiləşmə birbaşa ərzaq təhlükəsizliyinə, dünyada qiymət artımına təsir göstərir.Avqustun 8-də Cenevrədə BMT-nin Yer kürəsinin resurslarına həsr olumuş beynəlxalq tədbiri keşirilib.Tədbidə iştirak etmiş fransalı deputat Matye Orfelinin hesabat çıxışnda deyilir: “Yer kürəsinin maddi nemətlərinin və su ehtiyatlarının həddən artıq istifadəsi fəlakətə səbəb ola bilər.Çünki bəşəriyyət tarixində Yerin təbii resurslarından bu qədər amansılıqla istifadə edilməyib”.

“Beynəlxalq Ərzaq Təhlükəsilziyi üzərində asılmış qara buludlar sıxlaşır. Yaxın gələcəkdə qlobal ərzaq təhlükəsizliyi təhdidləri özünü göstərəcək. 2050-ci ildə Yer kürəsində insanların sayı 8 milyarddan 10 milyarda çatacaq, 20100-cü ildə isə insanların sayı 12 milyard olanda aclıq pik həddə özünü göstərəcək”.- deyə bildirirlir.Yer üzündə qlobal temperaturun 4 dərəcə yüksəlməsi özü ilə bərabər buzlaqların əriməsini, selləri daşqınları, buxarlanma proseslərini, daha sonra isə quraqlıqları gətirəcək.

“Hazırda kənd təsərrüfatı bəşəriyyəti doyuzdurmağa qadirdir. Bununla belə 820 milyon insan aclıqdan, 2 milyard insan artıq çəkidən əziyyət çəkir. Yararsız vəziyyətə düşümüş torpaqların sahəsi genişlənməkdədir dünyanın ağciyəri rolunu oynayan meşələr isə artıq öz rolun u oynamaqda çətinlik çəkəcək”,-deyə Matye Orfelin qeyd edib.

Beynəlxalq iqlim araşdırmaları mərkəzinin tədqiqatçısı və Milli Kənd təsəsrrfatı İnstitutrlarının(INRA) beynəlxalq işlər üzrə hesabatçısı Fransua Sussanın fikrinə gör, artıpq arid zonalarda torpaqların boşalması, buzlaqların əriməsi nəticəsində yaranmış məhsuldar torpaqların 70 faizi insan tərəfindən mənimsənilib. Səhralaşmış torpaqlara görə 500 milyon insan zərər çəkib.

Bu kontekstdən baxınca qida rejimi dəyişdirilməli, heyvan mənşəli qidaları rasionda azaldılmlıdır. Xüsusilə ət, süd və balıq istehlakı azaldılmalıdır. Çünki əkinə yararlı sahələr azaldığına görə heyvandarlıq üçün sahələr azaldılacaq, bu da öz növbəsində heyvandarlığın inkişafının azaldılmasına gətirib çıxaracaq.Bununla belə daha dözümülü bitki növlərinin yetişdirilməsinə çalışmaq laızımdır.

Dünya Bankının Azərbaycanda meşə proqramı üzrə əlaqələndiricisi Azər Qarayev qlobal iqlim dəyişkliyinin, insan fəaliyyətinin nəticələrinin Azərbaycanda və Xəzər akvatoriyasında təsirlərindən danışıb. “Qlobal iqlim dəyişikliklərinin təsiri bütün dünyada olduğu kimi Azərbaycanda da mövcuddur və son 50 il ərzində daha kəskin şəkildə özünü göstərməkdədir. Bunun ətraf mühitə, biomüxtəlifliyə böyük təsirləri var. Mən meşələr üzrə proqramda çalışıram. Azərbaycanın dağlıq regionunda yerləşən meşələrə böyük təsiri var. Meşələr təbiətin tacıdır və Azərbaycanda biomüxtəlifliyin böyük əksəriyyəti meşələrdə məskunlaşıb. Əlbəttə, iqlim dəyişməsinin təsirləri meşələrdə biomüxtəlifliyə böyük təsir göstərir və orada meşələrdən istifadə edən, asılı olan icmalara da böyük təsir göstərib. Əsas təsirləri bəzi regionlarda su mənbələrinin tükənməsidir, makro və mikro iqlimin dəyişməsidir. Aqrar sahədə, yəni kənd təsərrüfatında aqromüxtəlifliyin (insanların istifadə etdiyi bitki və heyvan növlərinin) dəyişməsi, yaxud da təsir etməsidir”.

Hələlik Azərbaycanda qlobal iqlim dəyişikliyi özünü ərzaq qıtlığı şəklində biruzə vermir.

Artıq onillərdir alimlər gələcək fəlakətin qarşısını almaq üçün dözümlü bitkilərin yəni Genetikası dəyişdirilmiş orqanizlərin(GDO) , o cümlədən canlıların yetişdirilməsi ilə məşğuldurlar.

21-ci əsrdə bəşəriyyəti nüvə müharibələrindən, qlobal istiləşmədən, terrorizmdən və s. bu kimi süni və təbii fəlakətlər qədər təhlükə altına qoyan geni dəyişdirilmiş qida məhsullarıdır (GDO). Bu orqanizmlərə virus, bakteriya, bitki, heyvan, hətta insan hüceyrəsi aid ola bilər. Bu cinslər tamamilə süni olduğu üçün ətraf mühit və ekosistem üçün də zərərli olur. Burada məqsəd bir cinsdə olan bir özəlliyin digər cinsə də verilməsidir. Çünki alınan yeni cins məhsul soyuğa, həşəratlara və gəmiricilərə davamlı olur. Bu səbəbdən məhsulda itki çox aşağı olur və eyni zamanda məhsuldarlıq da artır. Ancaq bu cür məhsulların insan orqanizminə zərərli olması artıq araşdırmalar nəticəsində sübut olunub.

Endokrinoloq doktor Əhməd Xankişiyevin sözlərinə görə, GDO-lu məhsulların insan orqanizminə toksik, allergik və xərçəng əmələgətirmə kimi xroniki təsirləri ola bilər: "Geni dəyişdirilmiş orqanizmlər laboratoriya şəraitində yetişdirilən qida və yem məhsullarıdır. Bu cür məhsullar 1990-cı ildən bəri etirazlar səbəbindən bir çox Avropa ölkələrində istifadə edilmir. GDO-lu qidaların, toxumların və yemlərin üzərində xüsusi etiketlər olmalıdır ki, insanlar onları seçə bilsinlər. Çünki bu məhsullar təbii məhsullara nisbətən daha az bəsləyici, qidalandırıcıdır. Bu haqda geniş araşdırmalar aparılmayıb. Ancaq GDO-lu məhsulların heyvan və bitki populyasiyalarına zərər verdiyi bildirilib.

Ən əsas problemlərdən biri də budur ki, GDO-lu məhsullar orqanizmimizdə geridonüşü olmayan dəyişikliklərə səbəb olur. GDO-lu yemlərlə bəslənən heyvanlardan əldə olunan süd, yumurta və ət sağlam olmur. Bu, laboratoriyalarda da sübut olunub. Buna səbəb GDO-lu yemlərin özləri antibiotikə qarşı davamlı olan, məhv edilə bilməyən bakteriyalar əmələ gətirməsidir. İnsanlar da bu cür qidalarla qidalandıqda bu cür dözümlü bakteriyaları əldə etmiş olurlar. Bu bakteriyalar təsirini yavaş-yavaş göstərərək, bir neçə il sonra hər hansı bir xəstəliyin yaranmasına səbəb ola bilir.

Çünki bu cür qidalarla biz kütləvi şəkildə daimi qidalanmırıq. Belə maddələr əsasən qarğıdalı, soya və s. kimi qida məhsullarına verilir. GDO-lu məhsulların heyvanlar üzərində aparılan təcrübəsi zamanı onların zərərli olduğu aşkarlanıb. Məsələn, genetikası dəyişdirilmiş pomidorla bəslənən şiçanlarda mədə xorası xəstəliyi aşkarlanıb. Bundan əlavə, GDO-lu soya ilə bəslənən siçanlarda həm qaraciyər, həm mədəaltı vəzin funksiyalarında pozğunluqlar meydana gəlib. Heyvanlarda bu cür fəsadlar yaradan bu məhsullar təsəvvür edin, insan üçün nə qədər təhlükələr yaradar? Ancaq bu qidaların insanlar üzərində təhlükəsizliyi tam olaraq isbat edilməyib".

Çinlilərin nəcisdən ət hazırlaması barədə məlumatları yəqin ki eşitmisiniz. Eyni zamanda süni yumurta , plastik kələm, plastik düyü və digər plastik qidalar.Dünyanın bir tərəfində zənginlərin süfrəsindən milyon dollarlıq qidalar zibil qutularına atıldığı halda digər ucunda aclıqdan ağac götyü gəmirən insanlar da var. Və bu insanların doymayan gözləri dünyanı əbədi bir zülmətin qucağına itələməkdədir. Bəlkə 200 il sonra da insan nəsli davam edəcək. Amma o tam olaraq insan olacaq yoxsa genetikası dəyişmş orqanizm?

İlhamə Rəsulova

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »