Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtovağzaldan gözlənilən süni qiymət artımı ilə bağlı açıqlama

Bayramqabağı hər zaman olduğu kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlığın yaşanacağı gözlənilir. Bayramı rayonda qeyd etmək üçün buraya üz tutan sərnişinlər adətən süni qiymət artımından şikayətlənirlər.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal kompleksinin mətbuat katibi Pərvin Məmmədova bizimyol.info-ya bildirib ki, biletlərin satışı bütün istiqamətlər üzrə kassalardan həyata keçirilir: “Elə ona görə də nə adi günlərdə, nə də bayram günlərində qiymət artımından söhbət gedə bilməz. Kassaların üzərində bütün istiqamətlər üzrə biletlərin qiymətini, avtobusun tutumunu, boş yer sayını göstərən monitorlar var. Bu monitorlar vasitəsilə sərnişinlər gedəcəkləri istiqamət üzrə tariflərlə tanış ola, eyni zamanda "avtovagzal.az" saytı və mobil tətbiq vasitəsilə "onlayn" qaydada bilet ala bilərlər”.

Avtovağzal Avtovağzal

P.Məmmədova deyib ki, tariflərlə bağlı bütün məlumatlar saytda əks olunub: “Bayram ərəfəsində süni qiymət artımına qarşı nəzarət xüsusilə gücləndirilir və yaradılan komisiya tərəfindən nəzarət olunur”.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »