Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yağışlar sürüşmə zonalarını aktivləşdirib

Son vaxtlar ölkə ərazisində intensiv yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə olunub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son günlər yağan yağışlar daha çox bölgələrdəki sürüşmə zonalarında aktivləşib:

“Bakı-Şamaxı yolunun 11-106-cı kilometrliyində yol tikintisi aparılan müəyyən yerlərdə lokal tipli çökmə prosesləri var. Eyni zamanda, son günlər Quba rayonu ərazisində “Quruçay” deyilən yerdə - indi Alpan-Xınalıq yolu çəkilən ərazidə aktivləşmə var. Yəni Susay kəndindən təxminən beş kilometr şimal-qərbdə “Quruçay”ın sol sahilində 40 hektara yaxın ərazidə axıntı tipli sürüşmə prosesi baş verib”.

Ekspedisiya rəisi bildirib ki, sürüşmə məhsulları nazik, narın, dənəli, gilli və qumlu çökmə süxurlardan ibarət olduğuna görə şirəli gillərdir:

“Suda isə böyük bulanıqlıq var. Çay ətrafında yerləşən kəndlərin təxminən 15 minə yaxın əhalisi içməli suyu oradan təmin edirlər. Yəni əhalinin yeganə su təchizatı həmin çaydır. Qeyd edim ki, həmin yerlərdə hələ də gərginlik qalır”.

Ə.Qaralov əlavə edib ki, şimal bölgəsində yerləşən Qusarçay sahəsində də sürüşmə olub:

“Badamdarda isə sürüşmə kütləsinin üzərində heç bir gərginlik müşahidə olunmayıb. Stabil vəziyyətdir. Bu gün Bakı və Abşerona yağan intensiv yağışlar nəticəsində aktivləşməsi ehtimal edilən sürüşmə zonaları haqqında isə monitorinqlər aparıldıqdan sonra məlumat veriləcək”.(oxu.az)

Paylaş »
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› İntiar etmək istəyən gənc qızı ustalar ixilas edib
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »