Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ronaldo: “2003-cü ildə mənimlə 50 komanda maraqlanırdı”
ronaldo

“Mançester Yunayted”lə yoxlama oyunumuz “Sportinq”in yeni stadionunda ilk matç idi. Mən çox motivasiyalı və xoşbəxt idim”.

Bunu Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubun futbolçusu Kriştianu Ronaldo deyib.

34 yaşlı portuqaliyalı hücumçu 2003-cü ildə keçirilən “Sportinq” – “Mançester Yunayted” oyununu xatırlayıb. O bildirib ki, karyerasında ən yaddaqalanı olub: “Bilirdim ki, yaxşı oynasam, tək Mançester təmsilçisinin deyil, digər komandaların da diqqət mərkəzində olacağam. Amma düzünü deyim ki, qol vurmağım o qədər də vacib deyildi. Əgər həmin matçda fərqlənsəydim, ola bilərdi ki, mənimlə 100 klub maraqlansın. Amma qol vurmadığımdan mənimlə 50-yə komanda maraqlandı. Düşünürəm ki, ən vacibi yaxşı oynayıb, komandaya kömək etməkdir. Həmin qarşılaşmada klubum qalib gəldi. Qol vurmadan da mənə maraq artdı”.

Qeyd edək ki, K. Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də oynayıb.(apa)

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› İranın Ali dini lideri etirazçılara müraciət edib
››› Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib
››› Ad günündə sevgilisini və dostunu güllələdi
››› SOCAR-ın yüksək vəzifəli əməkdaşının qardaşı Xəzərdə itkin düşdü
Son xəbərlər
Bütün xəbərlər »