Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Vətəndaş olaraq ürəyim vur deyir, siyasətçi olaraq beynim soyuqqanlı olmağı əmr edir"

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ictimaiyyətini qıcıqlandırmağa yönəlmiş bəyanatı və onun arxasında işğal olunmuş torpaqlarımızda yeni infrastruktur layihələrinin başladılmasına dair xəbərlər ictimaiyyətimizi narahat edir. Cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Müharibə ab-havası yaradan bu bəyanat qarşısında Azərbaycanın yumruğunu yerə vurmasını gözləyənlər çoxdur. Bəs hansı addımlar atılmalıdır? Bir təxribatın içinə sürükləndiyimizi görmək çətin deyil. Milli Məclisin deputatı Nəsib Məhməliyev Bizimyol.info saytına verdiyi açıqlamada həm vətəndaş, həm siyasətçi mövqeyini ortaya qoyub:

“Mən bu məsələdə həm vətəndaş həm də bir siyasətçi kimi fikirlərimi bildirmək istəyirəm. Bir sadə vətəndaş olaraq Qarabağda ermənilərin həyata keçirdiyi hər infrastruktur layihəsi məni də qıcıqlandırır və mən düşünürəm ki, biz Qarabağda ermənilərin tikdiyi bütün obyektləri vurmalıyıq, məhv etməliyik. Ordumuz tərəfindən məhv olunması tam mqəsədəuyğundur və bizim ordumuz bu gücə qadirdir.

Bir siyasətçi olaraq isə deyə bilərm ki,I burda bir neçə məsələyə diqqət yetirmək lazımdır.Paşinyan özünün siyasətdəki uğursuzluqlarından və Ermənistanın daxilindəki narazılıqlardan əhalinin fikrini yayındırmaq üçün, həmçinin rəsmi Yerevanın irəli sürdüyü bir sıra layihələrin ABŞ, Qərb və Rusiya tərəfindən rədd edilməsi Paşinyanı vadar edir ki o Azərbaycanı təxribata çəksin, müharibə başlatsın. Ermənistanın daxilində bu an çox böyü gərginlik hökm sürür, qarşıdirma yaranıb. Buna görə soyuqqanlı olmaq lazımdır. Hesab edirəm ki,dövlət başçısı İham Əliyevin bu barədə kifayət qədər məlumatı var. İndiki halda əsas məsələ Azərbaycanın mövcud ictimai siyasi proseslərdən az itkiylə çıxmasına nail olmaqdır. Gürcüstandakı (Abxaziya) , Ukraynadakı (Donbas, Luqansk) lokal müharibələri xatırlayaraq biz bu məsələləri götür-qoy etməliyik. Azərbaycanın geopolitik mövqeyi bunu tələb edir. Dövlət başçısının əsas vəzifəsi belə kritik vəziyyətlərdə dövlətin və millətin bütövlüyünü qorumaqdır k, o bunu hazırda uğurla həyata keçirir.

Bu problemin həllinə təkbaşına qalxmaq problemlər yarada bilər. Regionda maraqları olan çox böyük qüvvələr var. Elə olmasın ki, sonra biz təcrid olunmuş vəziyyətə düşək”.

Ermənistan cəmiyyətində uzun illərdir bir fikir var ki hakimiyyətə gələn şəxs Qarabağ məsələsində güzəştə gedərsə məhvə məhkumdur. Ona görə onların milli xəstə təfəkkürü və Qarabağ probleminin həllini siyasi alverə çevirməsi bu problemin onillərlə uzanmasına səbəb olub”,- deyə deputat bildirib.

Siyasətin çox üzü var.O heç də həmişə görünən faktların arxasında gizlənmir. Bu gün Azərbaycan ordusunun torpaqlarımızı geri almaq üçün dəmir pəncəsi, alov kimi qaynar ürəyi var. Amma siyasət Makiyavellinin təbirincə desək həm şir, həm də tülkü kimi düşünməyi tələb edir. Paşinyanın hakimiyyətdə qalmaq istəyi Azərbayanla müharibədən keçmək hesabına reallaşmamalıdır. Vəziyyətdən onun əleyhinə istifadə etmək ən ağıllı variant olardı.

İlhamə Rəsulova

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »