Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yağış ictimai nəqliyyatın hərəkətini iflic etdi – Agentlikdən açıqlama

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ictimai nəqliyyatın hərəkətini də çətinləşdirib.

Bu barədə bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Mais Ağayev Mais Ağayev

O, deyib ki, bəzi küçələrdə yağış suyu yığılmasına görə hərəkətdə çətinliklər yaranıb: “Buna misal olaraq Qaraçuxur, Yeni Günəşli istiqamətini göstərmək olar. Yollarda sıxlıq olduğundan avtobuslar da gecikməylə gedib”.

BNA yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »