Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha 50 Qarabağ müharibəsi əlilinə avtomobil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlillərinə “Xəzər” markalı daha 50 avtomobili  təqdim edib.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxış edərək ölkədə güclü sosial siyasətin həyata keçirildiyini bildirib.

Nazir müavini vurğulayıb ki, həssas qruplara da dövlət qayğısı artmaqda davam edir: "Cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub. Bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub".

V.Nəsirli qeyd edib ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub: "Hazırda təqdim olunanlar da daxil olmaqla artıq 280 avtomobil verilib. Bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub".

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Rəhimoğlu və başqaları sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan bəhs ediblər.

Sonra avtomobillər sahiblərinə təqdim edilib.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »