Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yağış Bakı küçələrini iflic etdi - Video

Ötən gün axşam saatlarından paytaxtda yağış yağmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, səhər saatlarından yağış güclənməyə başlayıb.

Həmişə olduğu kimi şəhərin mərkəzində yollar su ilə dolub.

Yağan yağış yollarda bir çox problemlərə səbəb olub. Yollarda qısa müddət ərzində su ilə dolub.

Nəsimi rayon ərazisində yolu keçmək üçün taxtalardan körpü qurulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Son xəbərlər
Bütün xəbərlər »