Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nobel prospektində 2 dəfə təmir olunmuş kollektor yenə daşdı

Ötən il Nobel prospektində 2 dəfə çökmə baş vermişdi. Əraziyə cəlb olunan AAYDA-nin əməkdaşları

Bizimyol.info saytına məlumat verərək çökmə səbəbinə aşağıdakı kimi aydınlıq gətirmişdi: “Aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edildi. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

Bu gün bir ildə iki dəfə təmir edilmiş həmin kollektor yağış yağması ilə yenə daşıb. Nobel prospektində hərəkət edən avtomobillər həmin ərazidən “üzərək” keçməli oldular. Qarşıdan qış gəlir.Analoji halların tez- tez yaşanacağını nəzərə alaraq “Azərsu” MMC yayda tədbir görməsə, qışda bu ərazidə vəziyyət yenə gərgin olacaq. Onsuz da pik saatlarda tıxaclı olan ərazidə yolun bağlanması şəhər nəqliyyatında yüklənməyə səbəb olacaq.

Son xəbərlər
Bütün xəbərlər »