Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almazbek Atambayev istintaq təcridxanasına yerləşdirlib - Video

Xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin dindirilməsi bir neçə saat davam edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, Qırğızıstan Dövlət Milli Təhükəsizlik Komitəsində 6 saat sorğu-sual edilib. Avqustun 8-i Bakı vaxtı ilə saat 22:00-da başlayan və bu gün saat 04:00-da yekunlaşan dindirilmə prosesində vəkil Sergey Slesarev də iştirak edib.

Almazbek Atambayev məhkəmənin qərarı ilə avqustun 26-dək həbs edilib və Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına yerləşdirlib

Qeyd edək ki, 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

https://www.facebook.com/currenttimetv/videos/951685375223301/?t=116

Son xəbərlər
Bütün xəbərlər »