Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masallıda 94 yaşlı kişi yanaraq dünyasını dəyişib

Masallıda bədbəxt hadisə baş verib. 4 otaqlı yaşayış evi yanıb və 94 yaşlı kişi yanaraq dünyasını dəyişib.

Rayonun Musaküçə kəndində yaşayan Xeyrulla Babayevə məxsus ev yandı və köməksiz vəziyyətdə qalan ev sahibi faciəvi şəkildə vəfat etdi. 65 ilə yaxın müəllim işləyən və həyat yoldaşının vəfatından sonra evdə tək yaşamağı seçən Xeyrulla Babayev özünə yemək hazırlamaq qərarına gəlib. Təqaüdçü mətbəx otağında qaz sobasını yandırıb və ev qəfildən alışmağa başlayıb. Sonradan yanğının ərazisi genişlənib. Hadisə yerinə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Eynizamanda 113 təcili tibbi yardım briqadası hadisə yerinə vaxtında gəlsə də, alov çox güclü olduğundan evə daxil olmaq mümkün olmayıb. Yanğın məhdudlaşdırılıb, kəşfiyyatı zamanı ev sahibi Xeyrula Babayevin yanaraq dünyasını dəyişdiyi məlum olub.

9 övlad atası olan Xeyrulla Babayevin meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »