Şənbə , 17 Avqust, 2019
Baş səhifə / İdman / “Neftçi” ilk görüşdə İsrail klubu ilə heç-heçə edib

“Neftçi” ilk görüşdə İsrail klubu ilə heç-heçə edib

54 Views

“Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Roberto Bordinin baş məşqçisi olduğu kollektiv İsrailin “Bney Yehuda” kollektivini qəbul edib.

“Bakcell Arena”da keçirilmiş qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qol 26-cı dəqiqəyə təsadüf edib. Rəqibin heyətində Tambi Saqas fərqlənib. Bu qoldan 10 dəqiqə sonra Muhammed Qadir “Neftçi”ni yenidən mərkəzə dəvət edib. 42-ci dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+6-cı dəqiqədə Namiq Ələsgərov bərabərlik qolunu vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra İsraildə baş tutacaq. Bu cütün qalibi Avropa Liqasının pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq.