Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə Elinanın ailəsinin bütün istəklərinə “yox” deyir

İntihar edən səkkizinci sinif şagirdi Elina Hacıyevanın ailəsi məhkəmənin gedişindən narazıdır.

Məktəblinin yaxınları 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın həbs olunmasını istəyir. Buna görə apellyasiya şikayəti verilib.

Bizimyol.info xəbər verir ki, zərərçəkən tərəfin şikayəti təmin olunmayıb. Bu haqda vəkil Sevinc Əliyeva məlumat verib. Onun dediyinə görə, məhkəmə direktorun bütün çağırışlara gəlməsini, istintaqın gedişinə mane olmamasını əsas gətirir.

Elinanın ailəsi həkimlərin də məsuliyyətə cəlb olunmasını tələb edirdi. Amma ekspertiza onların xeyrinə rəy verib. Rəydə Elinanın xəstəxanaya gec çatdırılmasına görə həyatını itirdiyi yazılıb.

Zərərçəkmiş tərəf təkrar ekspertiza keçirilməsini istəyir. Bu vəsatət də təmin olunmayıb.

Elinanın ailəsi həkimləri məsuliyyətsizlikdə, direktor Sevinc Abbasovanı isə qızlarını vaxtında xəstəxanaya aparmağa imkan verməməkdə ittiham edir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »