Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Agentlik paytaxt sakinlərini sevindirəcəyinə söz verib

Bakı Nəqliyyat Agentliyi (BNA) bu yaxınlarda avtobuslarla bağlı bir sıra dəyişikliklərin olacağını bildirib.

BNA-nın mətbuat katibi Mayis Ağayev "Sputnik"a açıqlamasında 2019-cu ilin sonunadək avtobuslarda "qəpik sistemi"nin tamamilə ləğv olunacağını qeyd edib: "Paytaxtın bütün avtobuslarında gediş haqqı yalnız kart vasitəsilə ödəniləcək."

Ağayev açıqlamasında 300 yeni avtobusun istifadəyə veriləcəyini də vurğulayıb.

Hazırda şəhərin yalnız 500 avtobusunda nağd ödəniş həyata keçirilir.

Şəhərdə "Bakıkart"ın balansının artırılması üçün 148 metro, 51 BakuBus və 189 "Milliön" terminalı mövcuddur.

Yaxın gələcəkdə isə kartın balansını online formada artırmağın mümkün olacağı haqda məlumat yayılıb.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »