Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Bolqarıstana nota verdi

Bolqarıstan parlamentinin üzvləri Valeri Simeonov və Yordan Apostolovun bu ilin 6-7 avqust tarixlərində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və burada qondarma separatçı rejimin “nümayəndələri” ilə keçirdikləri görüşlərlə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən etiraz notası Bolqarıstan Xarici İşlər Nazirliyində keçirilmiş görüş zamanı qarşı tərəfin diqqətinə çatdırılıb.

Bununla bağlı Azərbaycan XİN-i məlumat verib.

Bildirilib ki, ermənipərəst mövqeyi ilə tanınan deputat V.Simeonovun bu, ölkəmizin işğal edilmiş ərazilərinə 3-cü qanunsuz səfəridir, onun adı 2016-cı ildə həyata keçirdiyi icazəsiz səfər nəticəsində “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına daxil edilib.

Deputat Y.Apostolova gəldikdə isə, ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər edən digər xarici ölkə vətəndaşlarının halında olduğu kimi, onun da bu səfəri eyni hüquqi nəticələri doğuracaq.(oxu.az)

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »