Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Co Bayden son kütləvi qətllərə görə Trampı ittiham etdi

Çərşənbə günü Prezident Donal Tramp Ohayo ştatının Deyton şəhərinə, sonra isə Texas ştatının El-Paso şəhərinə yola düşüb.

Bu səfərin məqsədi keçən həftənin istirahət günlərində kütləvi güllələnmə hadisələri baş vermiş ərazidəki icmalarla görüşməkdir.

Sabiq vitse-prezident Co Bayden Prezidenti tənqid edərək bildirib ki, Tramp öz ritorikası ilə ağdərililərin üstünlüyünü və zorakılığı təşviq edir.

Bayden öz seçkiqabağı kampaniyası çərçivəsində Ayovadakı tərəfdarları qarşısında çıxış edərək belə bir ritorik sual verib: “Trampın sözləri El-Pasodan olan cinayətkarın “Bu hücum Latın amerikalılarının Texasa müdaxiləsinə cavabdır” sözlərindən nə ilə fərqlənir?”.

Bayden öz sualına belə cavab verib: “Məncə, bu sözlər o qədər də fərqlənmir. Bu ölkədə ağların üstünlüyü alovunu qızışdıran Prezidentdir”.(AzərTAc)

Son xəbərlər
Bütün xəbərlər »