Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif İslamzadənin doğum günüdür

Bu gün sənətidən çox illər öncə ayrı düşsə də unudulmayan, tamaşaçılarının qəlbində yaşayan sənətkarımız, müğənni,president təqaüdçüsü Akif İslamzadənin doğum günüdür. Onun 71 yaşı tamam olur.

Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. “Ala gözlüm”, “Ötən günlərimi qaytaraydılar”, “Sarı gəlin” kimi mahnılarla ürəklərdə taxt quran sənətkarın səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün itki idi.

Akif İslamzadə 3 dəfə Prezident Mükafatına, 10 may 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Bizimyol.info olaraq Akif İslamzadəni ad günü münasibəti ilə təbrik edib, arzularını eşitmək istədik. Qonaqlarının əhatəsində olduğunu söyləyən böyük sənətkara elə həmişə qonaqlı-qaralı, xoş günlər arzu edirik.

“İnsan yüz yaşında da, beş yaşında da həyatı sevir. Yetmiş yaş... Bu yaş səni daha çox düşünməyə vadar edir. Yetmişdən sonra ölüm barədə daha çox düşünməyə başlayırsan. Amma bu gün bu barədə danışmaq istəmirəm. Qorxu deyil, haqqın əmr etdiyidir, bundan qorxmazlar”,- deyən sənətkar əlavə edib ki, bu gün ailəsinin, medianın diqqətində olub, çoxlu sayda təbriklər alıb.

Son xəbərlər
Bütün xəbərlər »