Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtovağzal rəhbərliyi sərt tənqid olundu: "Ayıbdır"
Nərmin Şamilbəyli: “Hər şeyə “qız tutmaq” gözüylə baxan “gədə-güdə”lər niyə təlimatlandırılmır?”

“Bakı Beynəlxalq Avtovağzal Kompleksində ingilis dilini düz-əməlli bilən bir dispetçer olmadığı üçün əcnəbi turistlər çaş-baş qalırlar. Ölkəyə turist gəlirsə, düz əməlli bir xidmət də tərtib emətk lazımdır”.

Bizimyol.info xəbər verir ki bu barədə ictimai fəal Nərmin Şamilbəyli sosial şəbəkədə yazıb.

O, avtovağzalda şahidi olduğu iki əcnəbi şəxsin məlumat almaq üçün yaxınlaşdığı konduktorların onlara olan münasibətini tənqid edib: “2 əcnəbi cavan qız avtobus konduktorlarından nəsə soruşur, onlar da yola verib gülürlər. Hər şeyə “qız tutmaq” gözüylə baxan bu “gədə-güdə”lər niyə təlimatlandırılmır ki? Ölkəni belə təmsil etməzlər axı. Ayıbdır”.

Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən Bakı Beynəlxalq Avtovağzal kompleksinin mətbuat katibi Pərvin Məmmədova bildirib ki, avtovağzalın kassirləri ingilis dillərini bilirlər: “Turistlər də nəzərə alınaraq kassada çalışan xanımlara ingilis dilində kurs keçirilib. Bizim “Məlumat Mərkəzi”miz fəaliyyət göstərir. İstər yerli, istərsə də əcnəbi vətəndaşlar yaxınlaşıb onları maraqlandıran suallara cavab ala bilərlər! Və gəlin qəbul edək ki, biz də başqa ölkələrə gedəndə heç kim bizi Azərbaycan dilində qarşılamır”.

Ramid İbrahimov

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »