Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filippin Prezidenti narkobaronları başlarını kəsəcəyi ilə hədələdi

Filippin Prezidenti Rodriqo Duterte bəyan edib ki, milli mənsubluğundan asılı olmayaraq, o, narkobaronların başını kəsməyə hazırdır və buna görə həbsə düşməkdən qorxmur.

Bu barədə “Manila Bulletin” qəzeti məlumat yayıb.

2016-cı ilin mayında Filippin Prezidenti seçilən Rodriqo Duterte narkotik maddələrdən asılılığı olan insanlara və narkotikləri yayanlara qarşı genişmiqyaslı mübarizəyə çağırışları ilə fərqlənir. Dünya ictimaiyyəti isə Filippində narkoticarətlə bağlı mübarizənin metodlarını dəfələrlə tənqid edib. BMT-nin insan hüquqları sahəsində mütəxəssisləri də Filippin hakimiyyətinin metodlarını tənqid edərək, onu məhkəmə təhqiqatı aparılmadan təqsirli bilinənlərin qətllərindən çəkinməyə çağırıblar.

“Mən korrupsiyaya, həm də narkotiklərə nifrət edirəm. Əgər sən böyük narkobaronsansa, sənin kimliyindən – tonlarla narkotik satan çinli, yapon və ya malayziyalı olmağından asılı olmayaraq, mən sənin başını kəsəcəyəm”, - deyə Filippin Prezidenti bəyan edib.

R.Duterte bildirib ki, əgər buna görə onu həbs etələr belə, onun üçün heç bir fərqi yoxdur. Belə olarsa, o, ildə bir dəfə - Milad günü ona yemək gətirməyi xahiş edəcək.

Eyni zamanda, o, xəbərdarlıq edərək bildirib ki, əgər ölkəyə narkotiklər gətirən xarici sindikatların üzvlərini tutarsa, bu zaman onları öldürərək dənizə atacaq.

Yerli qəzetlər polisə istinadla xəbər verirlər ki, son üç ildə Filippində narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı aparılan mübarizə nəticəsində 6,6 min şübhəli həlak olub, 240,5 min nəfər həbs edilib, 1,28 milyon nəfər isə polisə könüllü təslim olub. (Azərtac)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »