Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzində nadir quş tapılıb - Foto

Bakının mərkəzində nadir quş tapılıb.

"Report"un redaksiyasına daxil olan məlumata görə, 28 may küçəsində, Qara Qarayev parkında nadir quş növlərindən hesab olunan Əbabil quşu tapılıb. Quş yaralı olduğundan hadisənin şahidi olan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı operativ reaksiya verən qurum əbabil quşunu tapan şəxsdən təhvil almaq üçün əməkdaşlarını hadisə yerinə göndərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrah­imova "Report"a bildirib ki, Əbabil quşu onu tapan şəxsdən təhvil alınıb. Daha sonra Altıağac Milli Parkının nəzdində fəa­liyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitas­iya Klinikasına təhv­il verilib. İ.İbrahimiova bildirib ki, quş re­abilitasiya dövrü ke­çdikdən sonra vəhşi təbiətə buraxılacaq: "Bu nadir quşu köməks­iz vəziyyətdə görüb nazirliyə xəbər verən vətəndaşa, həmçinin vəhşi təbiətə həs­sas münasibət göstər­ən hər kəsə minnətda­rlığımızı bildiririk".

Qeyd edək ki, əbabil dünyanın ən nadir quşlarından biridir. Bu quşlar gecə-gündüz havada qalır və uçark­ən yatırlar, ümumilikdə ömürlərinin 80 faizdən çoxunu uçaraq keçirərlər. Bu canl­ılara yerdə çox nadir hallarda rast gəlm­ək mümkündür.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »