Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-dən "məktub gəlib" - Foto

Alyaska sakini Tayler İvanoff sahildə içində məktub olan butulka tapıb.

“RİA Novosti” xəbər verir ki, alyaskalı tapıntının şəklini Facebook səhifəsində bölüşüb və dostlarından yazının rus dilindən tərcüməsini xahiş edib.

Aşkar olunan yazı 20 iyun 1969-cu il tarixinə aiddir.

Məktubun müəllifi Uzaq Şərq gəmiçiliyinin donanmasında, “Sulak” gəmisində xidmət edib.

O, məktubun tapılması haqqında gəmi heyətinə məlumat ötürməyi xahiş edib. Lakin “Sulak” 1992-ci ildə metalloma verildiyi üçün bu arzu yerinə yetirilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »