Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Daewoo” markalı avtomobil yolda qazılmış quyuya düşüb - Video

Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb

Hadisə Yasamal rayonunda baş verib.

Hüseyn Cavid prospekti 231-235 ünvanında “Daewoo” markalı avtomobili idarə edən Əziz Vəliyev qəfil yolun ortasında qazılmış quyuya düşüb. Sürücü sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Ə.Vəliyevin APA-ya verdiyi xəbərə görə, “yolda heç bir nişan qoyulmayıb”.

Nəticədə qəza baş verib.

Hadisə yerinə “Azəriqaz” ASC-nin əməkdaşları cəlb edilib.

“Azəriqaz” ASC-nin çilingəri bildirib ki, yolda nişan qoyulub, işlər çox olduğundan yolu qazaraq işi yarımçıq qoyublar.

Hadisə yerinə Yasamal RPİ və Yasamal DYPŞ-nın əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranmasın deyə Yol Patrul Xidmətinin əməkdaşları hərəkəti nizamlayıb.

Qeyd edək ki, avtomobili quyudan çıxarmaq üçün hadisə yerinə ağır texnika da cəlb edilib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »