El-Salvadorda “Apes of God” metal qrupunun vokalçısı Sezar Kanales səhnədəki çıxışı zamanı güllələnib.
“Qafqazinfo” ölkənin Baş Prokurorluğuna istinadən xəbər verir ki, hadisə avqustun 3-də paytaxt San-Salvadordan 35 kilometr aralıda keçirilən “Green Metal Concert” musiqi festivalında yaşanıb.
Kanalesin ölümündən sonra digər kollektiv üzvləri musiqi karyeralarına son qoyduqlarını açıqlayıblar.
Hüquq mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.